AZ

Sərnişin təyyarəsi alovlandı: Sərnişinlər qanad üzərindən təxliyə olundu

ABŞ-nin Denver Beynəlxalq Hava Limanında "American Airlines"a məxsus Boeing 737-800 tipli sərnişin təyyarəsi alovlanıb. Təyyarədə 172 sərnişin və 6 ekipaj üzvü olub, xəsarət alan yoxdur.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, hadisə Kolorado-Sprinqs – Dallas reysi zamanı mühərrikdə titrəmə qeydə alındıqdan sonra baş verib. Təyyarə təcili eniş edib və pistdə irəliləyərkən yanğın başlayıb. Sərnişinlər təcili çıxış vasitəsilə və qanad üzərindən təxliyə olunub.

Qeyd edək ki, son vaxtlar Şimali Amerikada havacılıq təhlükəsizliyi ilə bağlı narahatlıqlar artır. Vaşinqtonda baş verən son təyyarə qəzası hava hərəkəti nəzarəti və texniki xidmət sahəsində problemləri yenidən gündəmə gətirib.

Seçilən
5
far.az

1Mənbələr