Vaşinqton Kiyevlə münaqişənin həlli nəticəsində hansı əraziləri saxlayacağını və nələri itirəcəyini, həmçinin bu məsələ ilə bağlı yekun razılaşmanın digər elementlərini müzakirə edir.
“Cebheinfo.az” “Sky News”-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib:
“Bu, elektrik stansiyasına da aiddir. Çox böyük elektrik stansiyası.
Elektrik stansiyasını kim alacaq? Bu, asan proses deyil".
ABŞ Prezidenti, həmçinin qeyd edib ki, Ukrayna tərəfi NATO və alyansa qoşulma mövzusuna toxunub. Tramp vurğulayıb: “Cavabın nə olduğunu hamı 40 ildir ki, bilir”.
Tramp digər məsələlərlə yanaşı, Rusiya ilə münaqişənin sülh yolu ilə həlli üçün Ukrayna ilə ərazi güzəştlərinin müzakirə olunduğunu bildirib. Eyni zamanda, Ağ Ev rəhbəri vurğulayıb ki, ilk növbədə Rusiya tərəfində atəşkəsə nail olmaq lazımdır.