AZ

Putin və Lavrovdan necə üstün ola bilərsiniz?

Rusiya prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovdan üstün olmaq mümkün deyil, çünki onlar “əbədi” siyasi mühitdə olublar.

Publika.az xəbər verir ki, bu fikri Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Skott Ritter bildirib.

“Sən Rusiyanı məğlub edə bilməzsən! Demək olar ki, əbədiyyətə qədər bu mühitdə olan Sergey Lavrov adlı insandan necə üstün ola bilərsiniz? Onlar daha hazırlıqlıdırlar, daha çox bilirlər. Onlar özləri, dünya, hər şey haqqında daha çox bilirlər”, – analitik deyib.

O, həmçinin əlavə edib ki, Ukrayna üzrə sülh danışıqları ərəfəsində Rusiyanın mövqeyinin çətinləşməsi barədə deyilənlərin hamısı əsassızdır. Ritter iddia edir ki, ABŞ-ın təklif etdiyi 30 günlük atəşkəs planı Avropanı tələyə salıb.

“Birləşmiş Ştatların bütün etdiyi Avropanı tələyə salmaqdır. Donald Tramp Avropanı üstələyib, çünki o, indi müharibəyə deyil, atəşkəsə sadiqdir”, - Ritter vurğulayıb.

Seçilən
16
1
publika.az

2Mənbələr