Ötən il həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 161 insan alveri və 1 məcburi əmək cinayəti qeydə alınıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Məlumata görə, 2 cinayətkar qrup zərərsizləşdirilib, bu hüquqazidd əməllərin qurbanı olan 91 şəxs müəyyən edilib.
Qurbanların 56-sı sığınacağa yerləşdirilib, onların müdafiəsi, tibbi, psixoloji yardımlarla əhatə olunması, zəruri geyimlə təmin edilməsi üçün bütün lazımi tədbirlər görülüb.
80 insan alveri qurbanına birdəfəlik müavinətlər verilib, 9-u işlə təmin edilib, 18-i peşə kursuna, 63-ü yardım mərkəzinə yönləndirilib.