2024-2025-ci tədris ilində ilk dəfə olaraq 1-ci və 2-ci siniflər üçün azsaylı xalqın dili olan "Tat dili" dərslikləri hazırlanıb.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.
Ümumilikdə, 2024-2025-ci tədris ilinə ümumi təhsil müəssisələri üçün 322 adda 7244,5 min nüsxə dərslik çap edilərək məktəblərə çatdırılıb, 14 ehtiyat dərsliyin pilot sınağı təşkil edilib.