AZ

“YAŞAT” Fondunun balansındakı məbləğin miqdarı AÇIQLANIB

Bakı. Trend:

Hesabat ilinin sonunadək “YAŞAT” Fondunun hesabına ümumilikdə92475,4 min manat vəsait mədaxil olub ki, bunun da4380,2 min manatı 2024-cü ilin payına düşüb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, Fondun fəaliyyət istiqamətləri üzrəümumilikdə 87759,5 min manat məbləğində vəsaitxərclənilib. Bu xərclərin məbləği 2024-cü il ərzində 7752,3min manat təşkil edib. Hesabat dövrünün sonuna qalıqvəsaitin məbləği 4715,9 min manat olub.

2024-cü il ərzində məişət şəraitinin yaxşılaşdırılmasıistiqaməti üzrə şəhid ailəsi üzvlərinin 24 və yaralıların 3müraciəti olmaqla, ümumilikdə 27 müraciət təmin edilib. Bumüraciətlərin təmin edilməsi üçün Fondun büdcəsindən 88,5min manat vəsait aidiyyəti üzrə xərclənilib.

Təhsilə, habelə əlavə təhsilə, peşə hazırlığının artırılmasınavə yaradıcı potensialın inkişafına köməklik edilməsi ilə bağlıxərclərin ödənilməsi istiqamətində şəhid ailəsi üzvlərinin 527 vəyaralıların 87 müraciəti olmaqla, ümumilikdə 644 müraciət təminedilib. Bu müraciətlərin təmin olunması üçün Fondun büdcəsindən1757,6 min manat vəsait aidiyyəti üzrə sərfedilib.

Hesabat ili ərzində 54 şəxsin hesabına (39 şəhid ailə üzvü və 15yaralı) hər birinə 2 min manat olmaqla, ümumilikdə108 min manat məbləğində vəsait köçürülüb.

Müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqamətindəşəhid ailəsi üzvlərinin 16 482 və yaralıların 7 048 müraciətiolmaqla, ümumilikdə 23 530 müraciət təmin edilib. Bu müraciətlərintəmin olunması üçün Fondun büdcəsindən 5509,5 minmanat məbləğində vəsait aidiyyəti üzrə yönəldilib.Xərclənən vəsaitin 818,5 min manatı ölkə xaricindəmüalicələrin aparılması məqsədilə istifadə edilib.

2024-cü il ərzində Fond tərəfindən ümumilikdə 16 layihəreallaşdırılıb, tərəfdaşların maliyyə dəstəyi ilə həyata keçirilmişbu layihələrə ümumilikdə 396,6 min manat vəsaitxərclənilib.

Seçilən
1
az.trend.az

1Mənbələr