AZ

Ötən il Naxçıvanda 4,3 milyon manatadək güzəştli kredit verilib

Bakı. Trend:

Hesabat ilində Naxçıvan Muxtar Respublikasında 45 investisiyalayihəsinin maliyyələşdirilməsinə 4,3 mln.manatadək güzəştli kredit verilib və maliyyələşdirilmişlayihələr hesabına 148 yeni iş yerinin açılması imkanı yaranıb.

Trend xəbərverir ki, bu barədə məlumat Milli Məclisin bu gün keçirilən plenariclasında müzakirə edilən Nazirlər Kabinetinin 2024-cü ildəfəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, 2024-cü ildə arıçılığın inkişafetdirilməsi məqsədilə Azərbaycan Respublikası Sahibkarlığınİnkişafı Fondunun və Naxçıvan Muxtar Respublikası Sahibkarlığınİnkişafı Fondunun vəsaiti ilə ümumilikdə 4 layihəyə 258 minmanat həcmində dövlət maliyyə dəstəyi göstərilib.

2024-cü il ərzində Azərbaycan Respublikası Sahibkarlığınİnkişafı Fondunun vəsaiti hesabına 5 layihəyə 370 minmanat, Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafıFondunun vəsaiti hesabına isə 3 layihəyə 2,1 mln.manat olmaqla, ümumilikdə 8 kənd təsərrüfatı məhsullarınınemalı layihəsinə 2,47 mln. manat dövlət maliyyədəstəyi göstərilib.

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitihesabına 28 layihəyə 1,1 mln. manat, NaxçıvanMuxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitihesabına isə 32 layihəyə 906 min manat olmaqla,ümumilikdə 60 kənd təsərrüfatıyönümlü layihəyə 2 mln.manat dövlət maliyyə dəstəyi göstərilib.

Naxçıvan Muxtar Respublikasında ümumilikdə 2,8 mln.manat dəyərində qeyri-yaşayış sahəsi, mehmanxana və digərdövlət əmlaklarının özəlləşdirilməsi həyata keçirilib.

Seçilən
7
az.trend.az

1Mənbələr