Demokrat.az xəbər verir ki, İbrahim İbrahimov Azərbaycan İnsan Resursları Assosiasiyasının (AİRA) növbəti hesabat-seçki iclasında səsvermədən sonra yeni sədri seçilib.
İbrahim İbrahimov karyerası boyunca müxtəlif sektorlarda - qeyri-hökumət təşkilatları, dövlət qurumları və özəl şirkətlərdə fəaliyyət göstərib. O, təşkilati inkişaf, performans menecmenti, elektron təlim sistemlərinin (LMS) tətbiqi, işə qəbul və kadr inkişafı kimi sahələrdə mütəxəssisdir. Yeni sədr Avrora Şirkətlər Qrupu, PMD Hospitality, PASHA Management Company, Azercell Telecom LLC və Azərşəkər MMC kimi nüfuzlu təşkilatlarda müxtəlif vəzifələrdə çalışıb və insan resursları sahəsində mühüm təşəbbüslərə rəhbərlik edib.
İbrahim İbrahimov Bakı Ali Neft Məktəbindən MBA (Biznesin İdarəedilməsi üzrə Magistr), Qafqaz Universitetindən isə Dövlət İdarəçiliyi üzrə bakalavr dərəcəsinə malikdir. O, həmçinin Strateji İnsan Resursları Lideri (Certified Strategic HR Leader-AİHR) sertifikatına sahibdir və "III Yüksəliş Müsabiqəsi"nin finalçısıdır.
9Mənbələr
-
far.azAzərbaycanda yüksək vəzifəyə təyinat ( 16049851)
-
news24.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16033397)
-
metbuat.azİbrahim İbrahimova vəzifə verildi ( 16038405)
-
news365.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16037297)
-
olke.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16036865)
-
demokrat.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16034861)
-
konkret.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16033929)
-
referans.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16005521)
-
milli.azİbrahim İbrahimova yüksək vəzifə verildi ( 16005127)