AZ

Son 3 ildə fəaliyyətə başlayan məktəbəqədər təhsil müəssisələrinin sayı AÇIQLANDI

Bakı. Trend:

Son 3 ildə 14 məktəbəqədər təhsil müəssisəsi fəaliyyətəbaşlayıb.

Trend xəbər verir ki, bu barədə məlumat Milli Məclisin bu günkeçirilən plenar iclasında müzakirə edilən Nazirlər Kabinetinin2024-cü ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Qeyd edilib ki, 2024-cü ilin avqust-sentyabr aylarındaməktəbəqədər təhsil müəssisələrində çalışan 3307 nəfərtərbiyəçi-müəllim və 202 nəfər müdir-metodist olmaqla, ümumilikdə3,5 min nəfər təlimdən keçib və yekunda müdavimlərə sertifikatlarverilib.

“Məktəbəqədər təhsil müəssisələrində çalışan pedaqoji heyətinpeşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçündiaqnostik qiymətləndirmənin çərçivəsi hazırlanıb.

2024-cü ildə bu müəssisələrdə çalışan 11,2 min nəfərtərbiyəçi-müəllim və metodist diaqnostik qiymətləndirməyə cəlbolunub.

Məktəbəqədər təhsil müəssisələrində yaranmış vakant yerlər üzrərəhbər və pedaqoji kadrların işə qəbul edilməsi üçünmərkəzləşdirilmiş qaydada test müsabiqəsi keçirilib vəmüsahibələrin nəticəsinə əsasən 78 müdir və 416 tərbiyəçi-müəllimmüvafiq vakant yerlərə təyin edilib. 2022-2024-cü illər ərzində isəməktəbəqədər təhsil müəssisələrinə 700-ə yaxın tərbiyəçi müəllimtəyin olunub”,- deyə məlumatda bildirilib.

Seçilən
2
az.trend.az

1Mənbələr