AZ

Ötən il 1,1 milyard manat həcmində məhsul ixrac edilib

“2024-cü ildə sənaye zonalarında 3,3 milyard manat dəyərində məhsul istehsal olunmuş, ondan 1,1 milyard manat həcmində məhsul ixracı edilmişdir”.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.


“Maliyyə vəziyyətimizin yaxşılaşması nəticəsində qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, sahibkarlığın inkişafı və yerli istehsalın stimullaşdırılması, vergi-gömrük güzəştləri, biznes-investisiya mühitinin yaxşılaşdırılması, habelə dövlətlə özəl sektor arasında birgə maliyyələşdirmə istiqamətində kompleks işlər davam etdirilmişdir. İnvestisiya təşviqi ilə bağlı yeni mexanizmlər əsasən regionların inkişafına və investisiya potensialının artırılmasına yönəldilmişdir. 

 

Hesabat ilində institusional sahədə islahatlar davam etmiş, iqtisadiyyatda rəqabət mühitinin yaxşılaşdırılması, korrupsiya ilə mübarizə və kölgə iqtisadiyyatının məhdudlaşdırılması istiqamətində tədbirlər həyata keçirilmişdir”.

 

Firuzə Əliyeva

Seçilən
13
1
sfera.az

2Mənbələr