AZ

AFFA millinin yeni çalışdırıcısı ilə 2 illik müqavilə imzalayacaq - SON DƏQİQƏ

Gənclərdən ibarət yığmanın baş məşqçi postuna namizədlərin yekun siyahısı müəyyənləşib.

Ayxan Abbasov, Arif Əsədov və Mahmud Qurbanov - U-21-i çalışdırmağa ən yaxın olanlar məhz adlarını çəkdiyimiz mütəxəssislərdir.

Redaksiyamızın əldə etdiyi informasiyaya görə, AFFA millinin sükanı arxasına keçəcək şəxslə 2 illik müqavilə imzalayacaq. Bu üçlük arasında bir addım öndə olan isə Ayxan Abbasovdur.

Daha öncə xəbər verdiyimiz kimi, AFFA İcraiyyə Komitəsinin (İK) bu gün keçirilməsi planlaşdırılan yığıncağı yenə ertələnə bilər.

Federasiya mənsubları İK üzvlərinə bu barədə xəbərdarlıq edib. Bildirilib ki, yığıncağın sabah təşkili gözlənilir.

Belə ki, martın 15-də Tovuzda yeni akademiya binasının açılış mərasimi düzənlənəcək.

«Turan Tovuz» bu məqsədlə AFFA və Peşəkar Futbol Liqasının rəhbərliyini rayona dəvət eləyib. İcraiyyə Komitəsinin də növbəti toplantısını burada keçirməsi düşünülür.

U-21-ə namizədlərin məsələsi məhz qarşıdakı iclasda müzakirəyə çıxarılacaq. Bizdəki məlumata görə, İK üzvlərinin mütləq əksəriyyəti A.Abbasovun yığmaya təyinatını dəstəkləyir.

SPORTİNFO.AZ

Seçilən
24
1
sportinfo.az

10Mənbələr