AZ

Orta Dəhliz praqmatik əlaqəni təmin edəcək - Qırğızıstanın sabiq baş naziri (ÖZƏL)

Bakı. Trend:

Orta Dəhliz təkcə emosional əlaqə deyil, həm də ölkələrimiz üçünfaydalı olacaq praqmatik əlaqəni təmin edəcək.

Bu sözləri XII Qlobal Bakı Forumu çərçivəsində Trend-ə açıqlamasındaQırğızıstanın keçmiş baş naziri Comart Otorbayev deyib.

"Əsas odur ki, bizim təkcə humanitar sahələrdə deyil, eynizamanda iqtisadi yöndə də əlaqələrimiz getdikcə daha da inkişafedir.
Sözsüz ki, bu inkişafda Orta Dəhlizin rolunu da xüsusi qeydetməliyəm. Burada əsas məsələ aşağı nəqliyyat xərci ilə yüklərinÇindən koridor vasitəsilə Avropaya və əks istiqamətə daşımasıdır",- deyə o bildirib.

Sabiq baş nazir forumdan gözləntilərini də bölüşüb: "Dünyanınmüxtəlif yerlərindən fərqli sahələr üzrə sabiq və yaxud hazırkıliderləri birləşdirməsi forumu daha da uğurlu edir. Forum getdikcədaha çox əhəmiyyət kəsb edir. Bir çox insanlar hədsiz məşğuldur,lakin onlar buraya gəlməyə çalışırlar. Çünki onlar bu forumun,həqiqətən də, çox əhəmiyyətli bir danışıqlar mərkəzinə çevrildiyinianlayırlar".

"Azərbaycanla əməkdaşlığımız da müsbət dinamikada davam edir.Biz təkcə dünyamızda necə irəliləyəcəyimiz haqqında ümumi anlayışıbölüşmürük, həm də Türk Dövlətləri Birliyinin üzvüyük", - deyə C.Otorbayev vurğulayıb.

Seçilən
4
az.trend.az

1Mənbələr