AZ

Aİ müdafiə sənayesinə böyük investisiya layihəsi başlatmağa hazırlaşır – ÖZƏL

Avropa İttifaqı (Aİ) hərbi-sənaye kompleksinə (VPK) investisiyaları artırmaq və silah istehsalını genişləndirmək məqsədilə iri layihə başlatmağı planlaşdırır. Bu addım Ukraynaya dəstək və Rusiyanın qarşısının alınması üçün atılır. 

Olaylar.az Politico-ya istinadən xəbər verir ki, layihə Aİ-nin müdafiə komissarı Andryus Kubilyus və Avropa diplomatiyasının rəhbəri Kaya Kallas tərəfindən hazırlanıb və gələn həftə Aİ liderlərinə təqdim olunacaq. 

Sənədə əsasən, Aİ silah istehsalını stimullaşdırmaq və birgə silah tədarükünü təşkil etmək niyyətindədir.

"Avropa müdafiəsinin yenidən gücləndirilməsi uzunmüddətli dövr ərzində genişmiqyaslı investisiyalar tələb edir", - sənəddə qeyd olunur.

Layihənin əsas istiqamətləri bunlardır:
    •    Hava və raket hücumundan müdafiə sistemlərinin inkişafı
    •    Artilleriya sistemləri, sursatlar, raketlər və pilotsuz uçuş aparatlarının (PUA) istehsalı
    •    Müdafiə sahəsində yüksək texnologiyaların tətbiqi

Bundan əlavə, Avropa Komissiyası Aİ ölkələri üçün mərkəzi satınalma orqanı rolunu oynaya bilər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
4
olaylar.az

1Mənbələr