AZ

Ehud Olmert: "Qəzzada fələstinlilər yaşamalıdırlar"

"Fələstinlilərin Qəzzadan deportasiyasına qarşıyam. Bu onların hüquqlarının pozulmasıdır. İstəyirik ki, Qəzzada fələstinlilər yaşasınlar".

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bunu "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətlərə çevrilməsi" adlı XII Qlobal Bakı Forumunda İsrailin sabiq baş naziri (2006-2009) Ehud Olmert deyib.

O, "Biz fələstinlilərlə Qəzzada necə dil tapmalıyıq?" sualı ilə çıxış edərək deyib ki, orada beynəlxalq hüquq çərçivəsində bu istiqamətdə addımlar atılmalı, həll yolları tapılmalıdır.

"İsraillə fələstinlilər arasında ciddi həll yolları üzərində danışıqlara keçməyin vaxtı çatıb", - deyə qeyd edib.

O, həmçinin deyib ki, Qəzzada xüsusi səylər göstərilir ki, HƏMAS oradan çıxarılsın və proseslərə mane olmasın:

"Onların orada olması vəziyyəti qəlizləşdirir. Qəzzada müharibə dayandırılmalı, orada yeni idarə strukturu yaradılmalıdır. Bu strukturda fələstinlilər və ərəb dövlətlərinin iştirakı olmalıdır. Bu, mürəkkəbdir, amma mümkündür. Təhlükəsizlik qüvvələrinin də əsasını fələstinlilər və ərəb dövlətləri təşkil etməlidir. Bu, HƏMAS-ın müdaxilələrinin qarşısını alacaq".

Sabiq baş nazir Qəzza münaqişəsinin iki dövlət prinsipi ilə həllini dəstəklədiyini deyib.

"Cebheinfo.az" 

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr