AZ

SOMDA əməkdaşlarının peşə bayramı günü Ağstafada qeyd olundu - FOTOLAR

Tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi Nicat Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və İdarənin şəxsi heyəti iştirak ediblər.

"Unikal" xəbər verir ki, tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək dahi rəhbərin xatirəsini dərin ehtiramla yad ediblər. 

Tədbirdə Ulu Öndər Heydər Əliyevin xüsusi dövlət mühafizə xidmətinin fəaliyyətinə verdiyi əvəzolunmaz töhfələrdən, Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə uğurla həyata keçirilən islahatlardan bəhs olunub. Qeyd olunub ki, ölkəmizdə ictimai-siyasi sabitliyin qorunması, baş verə biləcək terror-təxribat aktlarının qarşısının qətiyyətlə alınması kimi ən mühüm sahələrdə Xidmətin hərbi qulluqçuları daim nümunəvi fəaliyyəti və fədakarlığı ilə seçilir. 

Seçilən
2
unikal.az

1Mənbələr