AZ

Elçin Əmirbəyov Argentinada bir sıra rəsmi şəxslərlə görüş keçirib

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Argentinaya işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin rəhbəri Gilyermo Frankos, xarici işlər, beynəlxalq ticarət və mədəniyyət naziri Xerardo Verteyn, strateji məsələlər üzrə dövlət katibi Xose Luis Vilya, Senatın Xarici işlər komitəsinin və Deputatlar Palatasının sədrləri Fransisko Paultroni və Fernando İqlesiasla, həmçinin Argentinanın G20-də məsul şəxsi Federiko Pinyedo ilə görüşüb.

İctimai Rəy bu barədə Azərbaycanın Argentinadakı səfirliyinin məlumatına istinadən xəbər verir.

Danışıqlar zamanı Azərbaycan-Argentina münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb, regional və beynəlxalq təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Əmirbəyov Argentinanın aparıcı beyin mərkəzi – Beynəlxalq Münasibətlər Şurasının (CARI) rəhbərliyi və elmi işçiləri ilə də görüşüb, yerli KİV nümayəndələri üçün mətbuat konfransı keçirib.

Seçilən
0
3
ictimairey.az

4Mənbələr