AZ

“Ələti keçə bilməyən” Qənimət Zahid…

Siyasi mühacir” adı ilə Avropada lüks həyat yaşayan, bu həyatlarından məhrum olmamaq üçün daim Azərbaycana qarşı düşmən fəaliyyətlərə qoşulanların təkcə əxlaq və mənəvi baxımdan yox, həm də intelekt baxımından aşağı səviyyədə olduğu sirr deyil.

Onlar intelektsiz olduqlarını gizlətməyə, özlərini “ağıllı” göstərməyə çalışsalar da, zaman-zaman özləri özlərini ifşa edirlər.

Aralarında guya “ağıllı” hesab olunan, daha doğrusu özünü belə göstərməyə çalışan Qənimət Zahidin Fransa telekanalına müsahibəsi onun da, onun timsalında “siyasi mühacir” adı altında Avropada qalmaq hüququ qazananların da səviyyəsini bir daha ortaya çıxardı. 
 

Fransa telekanalının Qənimət Zahiddən intelektual, yaxud “ağıllı” olduğu üçün müsahibə almadığı bəllidir. Sadəcə olaraq, hər fürsətdən öz ölkəsini söyən, pisləyən, düşmənçilik bəsləyən Qənimət kimilərdən informasiya təbliğatında piyada kimi istifadə edirlər.


Fransada televiziya ekranlarına çıxmağı “uğur” hesab edən Qənimət Zahid də Azərbaycanın əleyhinə əlindən gəldiyi qədər onlara xidmət edir. 

Amma bu müsahibədə diqqət çəkən bir detal var. Qənimət Zahid fransalı jurnalistə Azərbaycan dilində danışır. Ona görə yox ki, o, Fransada Azərbaycan dilini təbliğ edir. Hər fürsətdə Azərbaycana qarşı fəaliyyət göstərən Qənimət üçün ana dili o qədər də maraqlı deyil. Onun Azərbaycan dilində danışmasının yeganə səbəbi 15 ildir yaşadığı Fransada bu ölkənin dilini öyrənə bilməməsidir.

Təsəvvür edin, Qənimət Zahid 15 ildir Fransada yaşamasına baxmayaraq, fransız dilini bilmir. Bu, Qənimət Zahid və onun kimilərin intelekt səviyyəsini göstərən mühüm amildir. 
 

Görünür, ya öyrənə bilmir, ya da ümumiyyətlə bu haqda düşünməyib. Çünki Qənimət Zahid də daxil olmaqla “mühacir” adı altında Avropa paytaxtlarında kef çəkənlərin yeganə işi klaviatura arxasından Azərbaycanı söyməkdir. Onlar aylıq pullarını alır və tapşırığı yerinə yetirirlər.


Burada elimizin müasir deyimlərindən olan bir söz yerinə düşür: Ələti o yana keçə bilməyənlər, Azərbaycanı idarə etməyə iddia edirlər.

Qənimət Zahid fiziki olaraq, Ələti o yana keçib. Adam Avropanın göbəyinə - Fransaya köçüb. Amma şüur, intelekt və düşüncə olaraq, hələ də “Ələti o yana keçə bilməyib”.

Çünki Qənimət Zahid də, onunla eyni yolun yolçuları da, hətta Qənimət Zahidin büt kimi tapındığı Əli Kərimli də şüur, düşüncə və intelekt olaraq, nəinki Azərbaycan sərhədlərini aşa bilmirlər, heç Ələti də keçə bilmirlər! (demokrat.az)

Bizim.Media

Seçilən
8
3
bizim.media

4Mənbələr