AZ

Son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib - Əli Əsədov

"2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, xüsusən də aztəminatlı təbəqənin alıcılıq qabiliyyətinin və real gəlirlərinin yüksəldilməsi məqsədilə sosial ödənişlərin artırılması ilə bağlı bir sıra mühüm qərarlar qəbul olunmuşdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Qeyd edib ki, 2024-cü ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlət büdcəsi xərclərinin 39%-i və ya 14,6 mlrd. manatı sosialyönlü xərclərin maliyyələşdirilməsinə yönəldilmişdir.

Ə.Əsədov vurğulayıb ki, 2024-cü ildə orta pensiya məbləği 12%, yaşa görə pensiya 11,3%  artmış, yaşayış minimumu  ölkə üzrə 270 manat müəyyən edilmişdir. Bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 475 manat olmuşdur.

"Cənab Prezidentin davamlı islahatları çərçivəsində sosial məsələlərin həllinə daim diqqət göstərilir. Yanvarın 1-dən sosial sahədə növbəti artımlarla bağlı qərarlar qəbul olunmuşdur. 

Ümumiyyətlə, son bir neçə il ərzində 4 sosial paket həyata keçirilib və bu məqsədlər üçün 7 milyard manatdan çox vəsait xərclənib. 

Bundan sonra da Hökumətin əsas vəzifələrindən biri sosial və iqtisadi inkişafın paralel həyata keçirilməsidir".

Mina Mikayılova

Seçilən
0
2
bakivaxti.az

3Mənbələr