AZ

Əli Əsədov: Ötən il strateji valyuta ehtiyatlarımız artıb

"2024-cü ildə xarici ticarət dövriyyəmiz təxminən 47.4 mlrd. ABŞ dollarına çatmış, müsbət ticarət saldosu 5.3 mlrd. dollar olmuşdur".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatın təqdimatı zamanı deyib.

Qeyd edib ki, qeyri-neft ixracı 3,3 mlrd. dolları üstələmişdir.  

Ə.Əsədov nəzərə çatdırıb ki, 2024-cü ildə ölkənin strateji valyuta ehtiyatları 2.5 mlrd. dollar (və ya 3.7%) artaraq 71 mlrd.dollar (hazırda 73 mlrd.dollar) təşkil etmişdir və xarici dövlət borcunu 14 dəfə üstələyir. 

"İlin sonuna xarici dövlət borcunun məbləği 20,6% azalaraq 5,1 mlrd. dollar olmuş və ÜDM-in cəmi 6,9%-ni təşkil etmişdir".

Mina Mikayılova

Seçilən
13
2
bakivaxti.az

3Mənbələr