AZ

İrəvan Minsk qrupundan nə vaxt əl çəkəcək?

AzVision.az xəbər verir ki, Ermənistanın Xarici İşlər naziri Ararat Mirzoyan Minsk qrupunun ləğvi məsələsinişərh edərkən belə deyib.

“Sülh müqaviləsi imzalanandan sonra institusional baxımdan münaqişənin başa çatdığını hesab etməkvə vasitəçilik formatına ehtiyac duyulmadığınısöyləmək mümkün olacaq”,- Ermənistan XİN-in rəhbəri iddia edib.

Prezident:Ermənistan Konstitusiyasını dəyişməli, ATƏT-in Minsk qrupu ləğv olunmalıdır
Mirzoyan onu da əlavə edib ki, Bakı və İrəvan arasında sülh müqaviləsinin mətni artıq razılaşdırılıb və Ermənistan “müqavilənin yeri, vaxtı və digər təfərrüatlarını razılaşdırmaq” üçün mümkün qədər tez Azərbaycanla məsləhətləşmələrə başlamağa hazırdır.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev artıq de-fakto mövcud olmayan ATƏT-in Minsk Qrupunun de-yure ləğv olunmasının zəruri olduğunu dəfələrlə vurğulayıb. Çünki bu qrup Qarabağ problemini həll etmək üçün yaradılmışdı. Bu məsələ artıq öz həllini tapıb. Ermənistan isə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyır. Bu baxımdan, Ermənistanın Azərbaycana qoşularaqMinsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə birgə müraciəti sağlam məntiqin diqtə etdiyi adddım olardı.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
17
azvision.az

1Mənbələr