Kolorado ştatının Denver hava limanında "American Airlines" aviaşirkətinə məxsus təyyarənin alovlanmasından sonra sərnişinlər təxliyyə edilməli olub. AFN.az xəbər verir ki, bu barədə "Fox News" telekanalı hadisə şahidlərinə istinadən məlumat yayıb.Hadisə martın 13-də baş verib. Yanğının səbəbi və mümkün zərərçəkənlər barədə məlumat hələlik müəyyən edilməyib. Sosial şəbəkələrdə yayılan görüntülərdə sərnişinlərin təcili yardım çıxışları vasitəsilə təyyarəni tərk etdikləri görünür.Hava limanının və aviaşirkətin nümayəndələri hələlik rəsmi şərh verməyiblər. Hadisənin nəticələrini aradan qaldırmaq üçün xilasedicilər qısa müddətdə hadisə yerinə gəlib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta