Birləşmiş Ştatların Poçt Xidməti (USPS) agentlikdə “səmərəliliyi artırmaq” üçün Hökumətin Səmərəliliyi Departamenti (DOGE) ilə əməkdaşlıq çərçivəsində 10.000 iş yerini ixtisar etməyi planlaşdırır.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, USPS sədri Louis DeJoy poçt xidmətlərində səmərəliliyi artırmaq üçün DOGE ilə işləyəcəyini açıqlayıb.
DeJoy, USPS-nin pensiya fondlarından işçilərin təzminatlarına qədər bir çox xərclərinin səhv idarə olunduğunu və DOGE komandasının bu problemlər qarşısında agentliyə “səmərəliliyini artırmağa” kömək edəcəyini söyləyib.
Bu kontekstdə DeJoy könüllü erkən pensiya proqramı vasitəsilə 30 gün ərzində 10.000 işçini işdən çıxarmağı planlaşdırır.
Dəniz