AZ

Tıxaclara Əlvida: 10 yeni metro stansiya yolda!

’Son zamanlar şəhərdə tıxacların artması ciddi bir problemə çevrilib. İctimai nəqliyyatın sıxlığı və sürücülərin qarşılaşdığı tıxaclar hətta, günün pik olmayan saatlarında belə daha da artır’’.
Bu sözləri Ekologiya.az-a açılamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib. 

Onun sözlərinə görə, bunun əsas səbəbi isə avtomobillərin sayının sürətlə artmasıdır:


‘’Vətəndaşlar hələ də daha çox şəxsi avtomobillərdən istifadə etməyə üstünlük verirlər, bu da şəhər daxilində tıxacların daha da pisləşməsinə gətirib çıxarır.
Bundan əlavə, şəhərin mövcud zolaqlarının bir çoxu tam işlək vəziyyətdə deyil və bütün şəhər istiqamətlərini əhatə etmir. Bu, xüsusilə yollarda əlavə sıxlığa səbəb olur və sürücülərin vaxt itirməsinə yol açır. Hazırda şəhərdəki nəqliyyat infrastrukturu, xüsusən də yol zolaqlarının və parklanma yerlərinin qeyri-kafi olması bu problemi daha da mürəkkəbləşdirir.
Bununla yanaşı, tıxaclarla mübarizə aparmaq üçün ən səmərəli yollardan biri ictimai nəqliyyatın inkişafıdır. Məlumdur ki, inkişaf etmiş ölkələrdə bu sistem uzun illərdir ki, effektiv şəkildə tətbiq edilir. Məsələn, müasir şəhərlərdə metro, tramvay və avtobus sistemlərinin genişlənməsi ilə tıxacların azalmasına nail olunub. Şəhər daxilində metroların sayı artırılarsa, çoxsaylı sürücülər şəxsi avtomobilləri bir kənara qoyaraq ictimai nəqliyyata keçəcəklər. Bu isə tıxacların azaldılmasında əhəmiyyətli bir rol oynayacaq.
Bakı şəhəri üçün də metroların sayını artırmaq, yeni xətlərin çəkilməsi və mövcud sistemin təkmilləşdirilməsi vacibdir. 2030-cu ilə qədər şəhərdə 10 yeni metro xəttinin tikintisi planlaşdırılır. Bu, şəhərin müxtəlif bölgələrində yaşayan və işləyən insanlar üçün daha rahat və sürətli nəqliyyat vasitələri təmin edəcək. Bu layihənin həyata keçirilməsi həmçinin şəhər daxilindəki sıx nəqliyyat axınını yüngülləşdirəcək və tıxacların qarşısını alacaq.
Ümid edirik ki, bu təşəbbüs nəinki şəhər nəqliyyatının yaxşılaşdırılmasına, həm də ətraf mühitin qorunmasına müsbət təsir göstərəcək. Çünki metronun artan istifadəsi ilə şəxsi avtomobillərin sayının azalması, atmosferdəki zərərli qazların səviyyəsinin düşməsinə kömək edəcək və şəhərin daha yaşıl və təmiz olmasına şərait yaradacaq. Bu cür tədbirlər şəhər həyatını daha rahat və ekoloji cəhətdən dostyana edə bilər’’.

Seçilən
23
ekologiya.az

1Mənbələr