AZ

Mərakeş Krallığında görüşlər keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad MuradovunMərakeş Krallığına səfəri çərçivəsində bir sıra rəsmi qurumların vəbeynəlxalq təşkilatın rəhbər şəxsləri ilə görüşlər keçirilib.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, Mərakeş Parlamentinin Nümayəndələr Palatasınınsədri Raşid El Alami, ICESCO-nun Baş direktoru Salim bin Məhəmmədəl-Malik ilə, həmçinin Xaricdə Yaşayan Mərakeşlilər üzrə II HəsənFondunda, Xaricdəki Mərakeş İcması Şurasında və Xarici İşlər,Afrika Əməkdaşlığı və Xaricdə Yaşayan Mərakeşlilər Nazirliyindəkeçirilən görüşlərdə ölkələrimiz arasında dostluq və əməkdaşlıqmünasibətləri, xaricdə yaşayan azərbaycanlılarla mərakeşlilərarasında əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsiaparılıb.

Komitə sədri Prezident İlham Əliyevin rəhbərliyi dövründə ikiölkənin münasibətlərinin daha da inkişaf etdiyini vurğulayıb,həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib.

Mərakeş Krallığının rəsmiləri sədrin səfərini yüksəkqiymətləndirib, diaspor fəaliyyəti sahəsində təcrübə mübadiləsininvə birgə əməkdaşlığın vacibliyinə diqqət çəkib, ölkələrimizarasında münasibətlərin inkişafında diasporun əvəzsiz rolunu qeydediblər.

Görüşlərdə Azərbaycan Respublikasının Mərakeş Krallığındafövqəladə və səlahiyyətli səfiri Nazim Səmədov iştirak edib.

Mərakeş
Mərakeş
Mərakeş
Seçilən
0
2
az.trend.az

3Mənbələr