Kitabların altında qalan bir dünya ilə üz üzəyik. "Kitab" yazı üçün idi, yazının dünyaya verdiyi ən son icad sayılırdı,
İnsanlar bu icadın son keyfini yaşadılar.
İndi yazının hədəfi kitab deyildir,
Artıq kimsə kitablara inanmır.
İnanılan ovucun içində yaşayan digitallığdır,
Digital dünyada kitab var, ancaq özündən əvvəlki dönəmdəki kitab hegemoniyası yoxdur,
Yazı kitabı buraxdı,
Yeni bir paradiqmaya keçid etdi.
Bu paradıqmanın adı Rəsmdir,
Yazı kitabı mərkəzdən çıxarıb Rəsmi onun yerinə qoydu.
Bir zamanlar kitabın içində olan Rəsm indi yazını Rəsmləşdirilmiş dünya ilə əvəz edir.
Biz buna hazırıqmı?
Bizim Rəsm yaddaşımız zəifdir, Təsvir yaddaşımız isə çox çevik çalışır.
Təsvir təsəvvürə bağlıdır,
Rəsm isə təsəvvürə bağlı deyildir, təsəvvürdən alınan "dondurulmuş dəyişməyən"dır.
Şəkil dondurulmuş rəsmdir, O budurun təsdiqidir, kimsə onun təklifini dəyişə bilməz, əlavələr edə bilər, fərqli yerdən baxa bilər, amma dondurulmuş hekayəni dəyişə bilməz.
Rəsm islam dünyasında qəbul edilmədi,
Təsvirə izn var idi, Rəsmə izn yox idi.
Rəsm "rasama" kəlməsindən gəlir, iz qoymaq, bir şeyin qoyduğu yerdə dondurulması deməkdir
Dilimizdəki "rəsmi" ifadəsi də "yazılı" olan anlamına gəlir.
Yazı özündə iz qoymaq mahiyyəti daşıdığı üçün "kitab"la məsələsini bitirdi,
Və özünə döndü.
Özü isə Rəsmdir, mahiyyətində gizlətdiyi əsas iz qoymaqdır.
Bu "iz" nədən ötürüdür?
Burda əsası tanımadan cavab verə bilmək gücümüz azalacaqdır, fərqli yerlərdən baxmaq məcburiyyətində qalacaqıq.
"İz" yazının əsasıdır,
Bu təsdiqi müəyyən etdikdən sonra digər suallara cavabımız bu ardıcıllğı qoruyacaqdır.
"İz" hara aiddir?
Yaşadığımız dünyada "iz" olmadan yaşaya bilərikmi?
Bu mümkün olmayan bir yaşamaqdır,
İz təkliyə aid deyildir, iz varsa görən və görünən arasındakı münasibət əsasdır,
Görən kimdir, görünən nədir?
Bütün insanlığın hekayəsi də burdan başlayır.
Görən və görünən arasındakı "Və" o izin icadıdır,
Və olmadığda biz məsələnin mahiyyətini anlaya bilmədiyimiz üçün "iz"in həyatımıza çəkdiyi rəsmlərin, təsvirlərin və təsəvvürlərin ayrılığını qura bilmərik.
İdris Heydərli
visiontv.az