Bakı. Trend:
2025-ci ilin yanvar-fevral aylarında İraq vətəndaşları Türkiyədə202 daşınmaz əmlak satın alıblar ki, bu da keçən ilin eyni dövrüilə müqayisədə 9 obyekt azdır.
Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyənin Torpaq Kadastrı və DaşınmazƏmlak Alqı-Satqısı üzrə Dövlət orqanından məlumat verilib.
Məlumata görə, bu ilin fevral ayında İraq vətəndaşları Türkiyədə99 daşınmaz əmlak alıblar ki, bu da 2024-cü ilin fevral ayı iləmüqayisədə 13 obyekt azdır.
Qeyd edək ki, 2025-ci ilin fevral ayında Türkiyədə 112 min 818mənzil satın alınıb ki, bu da 2024-cü ilin fevral ayı iləmüqayisədə 20,1 faiz çoxdur.
Məlumata görə, 2025-ci ilin yanvar-fevral aylarında Türkiyədə224 min 991 mənzil satın alınıb.
"Bu göstəricilər 2024-cü ilin eyni dövrü ilə müqayisədə 29,1faiz çoxdur", - deyə nazirlikdən qeyd edilib.
2025-ci ilin fevral ayında Türkiyədə xarici vətəndaşlara min 457mənzil satılıb ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə21,2 faiz azdır.
Eyni ilin yanvar-fevral aylarında əcnəbi vətəndaşlar Türkiyədən3 min 4 mənzil alıblar ki buda keçən ilin eyni dövrü ilə müqayisədə23,1 faiz azdır.