Paytaxtın ayrı-ayrı rayonlarında silah-sursat aşkarlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri növbəti tədbirlər nəticəsində Səbail rayonu ərazisində 1 qumbara, 1 avtomat silahı, 1 patron darağı və 10 patron tapılaraq götürülüb.
Nəsimi və Nərimanov rayonlarında isə 2 nəfər 2 avtomat silahı və 5 patronu könüllü olaraq polisə təhvil veriblər.
Araşdırmalar aparılır./apa