AZ

Prezidentdən Qərbə mesaj: Yayılan informasiyaların mötəbərliyi kölgə altına düşmüşdü

 "COP29 bəzi Qərb medialarında kampaniya ilə müşayiət olundu. Prezident Tramp onları yalan, saxta xəbər adlandırır və onunla tam razıyam”.

Bakıvaxtı.az xəbər verir ki, bunu prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Dövlətimizin başçısı deyib ki, bu, Azərbaycanı gözdən salmaq, bizi qaralamaq, şayiələr və müxtəlif dezinformasiya yaymaq kampaniyası idi. Prezident vurğulayıb ki, bütün bunlar bir neçə mərkəzdən, əslində ikisindən qaynaqlanırdı:

“Onlardan biri - ABŞ-nin Dövlət Departamenti idi. “Vaşinqton Post”, “Nyu York Tayms”, “Politco”, “Newsveek” və “Assoşieyted Press” kimi yalan xəbər mənbələri, sadəcə, ABŞ Dövlət Departamentinin təlimatlarını icra edirdilər. İkinci mənbə isə Fransa prezidentinin ofisi, cənab Makron, onların “Le Monde”, “Fiqaro” və digər bu kimi saxta xəbər mətbuatı idi" sözlərini qeyd edib.

Donald Trampın hələ prezident təyin olunmadan öncə ölkəmizi bu şəkildə dəstəkləməsi ABŞ-dən nə vaxtsa Azərbaycana təhlükə gəlməyəcəyini göstərə bilərmi?

Mövzu ilə bağlı politoloq Taleh Əliyev Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin sözügedən forumun açılış mərasimində çıxışı zamanı COP29 barədə söylədiyi fikirlər və ABŞ-nin hazırkı prezidenti Donald Trampın mövqeyini açıqlaması Amerika ilə Azərbaycan arasında müsbət bir mesaj kimi qiymətləndirilə bilər:

"Beynəlxalq XII Qlobal Bakı Forumu öz mötəbər qonaqları və müzakirə gündəliyi ilə kifayət qədər qlobal məsələləri idarə edir. Bu səbəbdən beynəlxalq ictimaiyyətin və beynəlxalq medianın diqqət mərkəzindədir”.

Taleh Əliyev, politoloq

Politoloq bildirib ki, Trampın hələ hakimiyyətə gəlmədən öncə bəzi media qurumlarını beynəlxalq provakator və dezinformasiya yayan mətbuat qurumları kimi xarakterizə etməsi həmin qurumların beynəlxalq aləmdə nüfuzunu, mötəbər informasiya mənbəyi olmasını şübhə altına salmışdı. Ona görə də həmin media qurumlarının Azərbaycan haqqında yayımladığı informasiyaların mötəbərliyi də kölgə altına düşmüşdü.

Azərbaycan-ABŞ münasibətlərinin gələcək aqibətinə də toxunan politoloq hesab edir ki, ABŞ-nin yeni adminstrasiyası ilə ölkəmizin münasibətləri qarşıdurmadan daha çox əməkdaşlıq formatında davam edə bilər.

Gülşən Şərif

Seçilən
6
bakivaxti.az

1Mənbələr