AZ

Ayxan Abbasovdan təyinatı ilə bağlı - Açıqlama

style='margin-bottom:10px;'>

Azərbaycan U-21 millisinin yeni baş məşqçisi Ayxan Abbasov təyinatı ilə bağlı danışıb.

QOL.az xəbər verir ki, o, AFFA-nın saytına açıqlamasında təəssüratlarını bölüşüb:

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm. Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdir. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdır. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

Seçilən
12
12
teleqraf.com

10Mənbələr