Mirzoyan: Abbas Araqçının Ermənistana səfəri gözlənilir
İran xarici işlər naziri Abbas Araqçının Ermənistana səfəri gözlənilir.
Operativ Media Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin XİN rəhbəri Ararat Mirzoyan bildirib.
Ermənistanlı nazir parlamentin xarici əlaqələr komitəsinin iclasında Abbas Araqçının yaxın vaxtlarda İrəvana səfər edəcəyini açıqlayıb.