Madridin "Real" klubunun müdafiəçisi Raul Asensio İspaniya millisinə çağrılıb.
Offsideplus.az xəbər verir ki, yığmanın baş məşqçisi Luis de la Fuente 22 yaşlı futbolçunu ilk dəfə yığmaya dəvət edib.
Asensio bu mövsümdən etibarən "kral klubu"nun əsas üzvlərindən birinə çevrilib. O, 28 oyunda meydanda olub.
Əlavə edək ki, İspaniya millisi Millətlər Liqasına pley-off mərhələsində Niderlandla qarşılaşacaq. Matçlar martın 20-də və 23-də keçiriləcək.