AZ

Qusarda yüksək dağlıq ərazidə yanğın başlayıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Qusar rayonu, Zuxul kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
 
Bu barədə FHN məlumat yayıb.
 
Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Relyefin mürəkkəbliyi səbəbindən yanğın, əsasən, əl üsulu ilə söndürülür.
 
Əlavə məlumat veriləcək.
Seçilən
1
16
moderator.az

10Mənbələr