Estoniyanın xarici işlər naziri Maqnus Tsahkna Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi layihəsi üzrə əldə olunan razılaşmanı alqışlayıb.
XəzərNews.az erməni mediasına istinadən xəbər verir ki, o, X-dəki mikrobloqunda bu vəziyyəti tarixi adlandırıb.
“Estoniya Ermənistan və Azərbaycan arasında tarixi razılaşmanı alqışlayır. Bu, regionda sülh və sabitliyin əldə edilməsi istiqamətində çoxdan gözlənilən addımdır və biz sülh müqaviləsinin mümkün qədər tez imzalanmasına ümid edirik”, - Estoniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Xəbər 1 dəfə oxunub.