AZ

Azərbaycan əraziləri işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

Bakı. Trend:

Azərbaycan əraziləri işğal altında olan vaxtlarda Qarabağərazisində istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistanməhsulları” adı altında satılıb.

Trend xəbərverir ki, bu sözləri martın 14-də Bakı Hərbi Məhkəməsində keçirilənməhkəmə prosesində təqsirləndirilən şəxs Bako Sahakyan dövlətittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkəndeyib.

“Məhsullar Ermənistan şirkətlərinin məhsulları adı altındasatılırdı”, - deyə o əlavə edib.

B.Sahakyan işğal dövründə Ermənistan vətəndaşlarının Qarabağda,qondarma “respublika”nın Qarabağda yaşayan erməni sakinləri isəErmənistanda həmin ölkənin vətəndaşlarının statusu ilə daşınmazəmlak ala bildiklərini, digər hüquqlardan da istifadə etdiklərinibildirib və deyib ki, Ermənistan bizim üçün xarici ölkə hesabedilmirdi.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh vəinsanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarınınməhkəməsi davam etdirilir.

Seçilən
2
11
az.trend.az

10Mənbələr