AZ

İrəvan bunları Bakıdan gizlətmək istədi – Gözdən qaçan iki məqam

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ermənistanla sülh sazişi mətninin tam razılaşdırıldığına dair açıqlaması beynəlxalq siyasi arenada təqdir edildi. Rəsmi İrəvan da bütün maddələr üzrə razılığın əldə edildiyini və sazişin imzalanması üçün iki ölkənin nümayəndələri arasında görüşün keçirilməli olduğunu bildirdi.

Azərbaycan növbəti mərhələdə Ermənistanın daha iki şərti yerinə yetirməsini gözləyir. Söhbət Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddalarına əsas yaradan maddələrin dəyişdirilməsi və ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı birgə müraciətdən gedir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sülh bağlandıqdan sonra Minsk qrupuna ehtiyac qalmayacağını desə də, konstitusiyanın dəyişdirilməsi ilə bağlı tarix açıqlanmadı.

Ermənistanda yaxın zamanda konstitusiya dəyişikliyi həyata keçirilə bilərmi? Sülh sazişi imzalandıqdan sonra Bakı və İrəvanı hansı proseslər gözləyir?

Politoloq Murad Sadəddinov deyib ki, sülh sazişi üzrə danışıqların bitməsi ilə bağlı bəyanat artıq verilib:

“Beləliklə, müqavilənin imzalanması istiqamətində mühüm bir mərhələni geridə qoyuruq. Lakin yenə də həll edilməyən məsələlər var. Söhbət Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının qalmasından gedir. Digər məsələ isə ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlıdır.

murad sadeddinov 1
Murad Sadəddinov

Ermənistan sülh sazişi imzalandıqdan sonra Minsk qrupunun fəaliyyətinin dayandırılması yönündə müraciətin olacağına dair söz verib. Konstitusiyaya gəldikdə isə bu, bir az vaxt tələb edir. Ümumiyyətlə, konstitusiya məsələsi Ermənistanın Baş naziri Nikol Paşinyandan asılı deyil. Sözügedən dəyişiklik referendumla, yəni xalqın istəyi ilə baş tutur. Ona görə də həlli birbaşa mümkün deyil. Nəticə olaraq bu məsələ bir az vaxt apara bilər.

Ermənistan mətbuatında izlədiyim qədəri ilə bu məsələ ictimaiyyətdə birmənalı qarşılanmır. Yəni konstitusiyanın dəyişməsi indiki məqamda o qədər də real görünmür. Amma sülh müqaviləsi gec-tez imzalanacaq. Düşünürəm ki, bundan sonra ilk növbədə Türkiyə ilə Ermənistan arasında münasibətlər düzələcək. Paralel olaraq Ermənistan və Azərbaycan arasında kommunikasiyalar açılacaq”.

Turan Rzayev

Mənbə: globalinfo.az

Seçilən
12
1
globalinfo.az

2Mənbələr