AZ

Bakıda daha bir nəfər spirtdən zəhərlənərək dünyasını dəyişdi

Bakıda daha bir nəfər texniki spirtdən zəhərlənərək ölüb.

Bizim.Media “lent.az”a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.
 

Spirtli içki qəbul edən 64 yaşlı F.Həsənov yerləşdirildiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, F.Həsənov metil spirtindən zəhərlənib.


Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Azərbaycanda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.

Bizim.Media

Seçilən
1
12
bizim.media

10Mənbələr