AZ

Bakıda daha bir nəfər spirtdən zəhərlənib öldü

Bakıda daha bir nəfər spirtdən zəhərlənib ölüb...

Poliqon Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Spirtli içki qəbul edən 64 yaşlı F.Həsənov yerləşdirildiyi toksikologiya şöbəsində dünyasını dəyişib. İlkin ehtimala görə, F.Həsənov metil spirtindən zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, son günlər Azərbaycanda 20-dən çox adam texniki spirtdən zəhərlənərək ölüb.

Poliqon.info

 

 

Seçilən
24
12
poliqon.info

10Mənbələr