AZ

“Azərişıq” külək elektrik stansiyalarından elektrik enerjisi istehsalını azaldıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında “Azərişıq” ASC üzrə küləkelektrik stansiyalarında 4,1 milyon kilovat-saat (kVt·st) elektrikenerjisi istehsal edilib.

Trend bu barədə Energetika Nazirliyindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə1,9 milyon kVt·st və ya 31,7% azdır. Belə ki, ötən ilin eynidövründə “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6milyon kilovat-saat (kVt·st) elektrik enerjisi istehsal olunub.

Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində respublikadaelektrik enerjisinin istehsalı 4,86 milyard kVt·st olub. Elektrikenerjisinin istehsalı “Azərenerji” ASC üzrə 4,35 milyard kVt·st(İES-lərdə 3,95 milyard kVt·st, SES-lərdə 397,9 milyon kVt·st),Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 61,3 milyon kVt·st(İES-lərdə 41,4 milyon kVt·st, SES-lərdə 12,3 milyon kVt·st, GES-də7,6 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrikstansiyalarında 4,1 milyon kVt·st, müstəqil elektrik stansiyalarıüzrə isə 445,8 milyon kVt·st təşkil edib.

Seçilən
10
1
az.trend.az

2Mənbələr