AZ

Xarici işlər nazirinin müavini: "Sülh sazişi imzalanarsa, təzminat tələbi də geri çəkiləcək"

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan tərəfindən Ermənistana qarşı 30 illik işğal və etnik təmizləmə siyasətinə bağlı bir neçə beynəlxalq qurumda dövlətlərarası iddialar qaldırılıb: İnsan haqları üzrə Avropa Məhkəməsi, Beynəlxalq Ədalət Məhkəməsi və Beynəlxalq Arbitraj Məhkəməsi.

Bu fikirləri Ekologiya.az-a xarici işlər nazirinin müavini Elnur Məmmədov bildirib.

Nazir müavini xatırladıb ki, Azərbaycan müxtəlif istiqamətlər üzrə - işğal siyasəti, irqi ayrı-seçkilik siyasəti və digər mövzular üzrə iddialar qaldırıb. Bu istiqamətlərdə fəaliyyətimiz davam etdirilir:

"Mütəmadi olaraq Xarici İşlər Nazirliyi tərəfindən açıqlamalar verilir. Sülh sazişi üzrə son müzakirələrdə açıq qalan 2 bənddən biri məhz beynəlxalq məhkəmələrdəki iddiaların geri götürülməsi ilə bağlıdır. Bununla bağlı da razılıq əldə edildi. Sülh sazişi imzalanarsa, bu, prosesə öz təsirini göstərəcək. Hər iki tərəf iddiaların geri götürülməsi ilə bağlı öhdəlik götürmüş olacaq".

O ki qaldı təzminat məsələsinə, Elnur Məmmədov qeyd edib ki, bu məsələ də hüquqi proseslərə daxildir:

"Hüquqi məsələlər siyasi çərçivədə də müzakirə edilə bilər. Saziş imzalanarsa, təzminat tələbi də geri çəkiləcək. Bu məsələnin siyasi müstəvidə müzakirə olunacağı ilə bağlı hələ ki, şərh verə bilmərəm".Musavat.com

Seçilən
16
1
ekologiya.az

2Mənbələr