AZ

Qlobal Bakı Forumu Azərbaycanı beynəlxalq dialoq mərkəzinə çevirib

Bakı. Trend:

Son illərdə Bakı Qlobal Forumu dünyada baş verən siyasi,iqtisadi və sosial proseslərin müzakirə olunduğu mühüm beynəlxalqplatformaya çevrilib. Bu il on ikinci dəfədir təşkil edilən buforum nüfuzlu dövlət və hökumət başçılarını, tanınmışsiyasətçiləri, elm adamlarını və beynəlxalq təşkilatlarınnümayəndələrini bir araya gətirərək müasir çağırışlara dair dialoqmühiti yaradır. Forumun əhəmiyyəti təkcə müzakirə olunanməsələlərin aktuallığında deyil, həm də Azərbaycanın regional vəqlobal siyasətdə artan rolunun nümayiş etdirilməsində özünügöstərir.

Bakı Qlobal Forumları qlobal siyasətdə mühüm əhəmiyyət kəsb edənbir sıra məsələlərin müzakirəsinə şərait yaradır. İndiyə qədərkeçirilən forumların mövzusuna nəzər salanda görürük ki, dünyadabaş verən siyasi böhranlar, münaqişələr və təhlükəsizlik təhdidləriforumun əsas mövzularından biri olub. Bu platformada Yaxın Şərq,Avropa, Afrika və Asiya regionlarında baş verən münaqişələrin həlliyolları müzakirə edilib. Forum, xüsusilə Ermənistan-Azərbaycanmünaqişəsinin həlli kontekstində də müzakirə meydanı kimi çıxışedib və beynəlxalq ekspertlər Azərbaycanın sülh gündəliyinidəstəkləyən çağırışlar ediblər. Bundan əlavə, son illərdə dünyasiyasətində qlobal nizamın dəyişməsi, çoxqütblülüyün güclənməsi vəyeni iqtisadi blokların formalaşması Bakı Qlobal Forumunda əsasmüzakirə mövzularından olub. Forum, Qərb və Şərq arasındadiplomatik və iqtisadi münasibətlərin inkişafına töhfə verən mühümplatforma kimi çıxış edib. Bakı Qlobal Forumlarında iqlimdəyişikliyi ilə mübarizə, enerji təhlükəsizliyi və dayanıqlıinkişaf məsələləri də geniş şəkildə müzakirə edilib. AzərbaycanınCOP29-a ev sahibliyi etməsi forumun bu mövzularda platforma kimiəhəmiyyətini daha da artırıb. Bununla yanaşı, forum süni intellekt,rəqəmsal transformasiya və texnologiyanın dünya siyasətinə təsirikimi məsələlərin müzakirə olunduğu beynəlxalq məkanlardan biridir.Bakı Qlobal Forumları informasiya texnologiyalarının vəinnovasiyaların siyasi və iqtisadi münasibətlərdə rolunu araşdırangeniş diskussiyalar təşkil edir. Təbii ki, belə qlobal əhəmiyyətlimövzuların məhz Azərbaycanın himayəsi və təşəbbüsü altındayaradılan Bakı Qlobal Forumunda müzakirə edilməsi ölkəmizin rolununtəkcə ev sahibliyi ilə məhdudlaşmadığını göstərir. Çünki BakıQlobal Forumu Azərbaycanın beynəlxalq arenada nüfuzunu gücləndirənmühüm diplomatik tədbirlərdən biridir. Bu baxımdan bu cür forumlarvasitəsilə Azərbaycan beynəlxalq aktorlar arasında dialoqunqurulmasında mühüm vasitəçi kimi çıxış edir.

Bakı Qlobal Forumu həm də Azərbaycanın münaqişələrin həlli vəregional sabitliyin təmin olunması istiqamətində atdığı addımlarıdünyaya tanıtmaq üçün bir fürsət yaradır. Azərbaycan xüsusiləpost-münaqişə dövründə Cənubi Qafqazda sülh təşəbbüslərini təqdimetmək üçün bu platformadan aktiv istifadə edir. Bununla yanaşı,dünyanın əsas enerji istehsalçılarından olan Azərbaycanın enerjisiyasəti artıq əsas müzakirə mövzularından birinə çevrilib. Xəzərregionunun enerji resurslarının qlobal bazarlara inteqrasiyası,Avropanın enerji təhlükəsizliyi və yaşıl enerjiyə keçidmövzularında forumlar vacib dialoq mühiti yaradıb.

Bakı Qlobal Forumlarının təşkilatçısı olan Nizami GəncəviBeynəlxalq Mərkəzi bu tədbirlərin uğurla həyata keçirilməsindəaparıcı rola malikdir. Mərkəz beynəlxalq səviyyədə nüfuzlu şəxsləribir araya gətirərək qlobal problemlərin həlli üçün səmərəliplatforma yaradır. Mərkəz dünyanın müxtəlif regionlarından keçmişvə hazırkı dövlət başçılarını, diplomatları və nüfuzlusiyasətçiləri Bakı Qlobal Forumlarına cəlb etməklə Azərbaycanınbeynəlxalq əlaqələrini genişləndirir. Nizami Gəncəvi BeynəlxalqMərkəzi həmçinin Azərbaycanın tarixi və mədəni irsini dünyayatanıtmaqla yanaşı, Nizami Gəncəvinin bəşəri dəyərlərini beynəlxalqmüstəvidə təbliğ edir. Forumlarda multikulturalizm, mədəni irsinqorunması və sivilizasiyalararası dialoq mövzuları diqqətmərkəzində saxlanılır. Bundan əlavə, mərkəz Bakı Qlobal Forumlarıvasitəsilə qlobal təhlükəsizlik və davamlı inkişaf sahəsindəbeynəlxalq əməkdaşlığın gücləndirilməsinə də töhfə verir. Forumçərçivəsində qəbul olunan tövsiyələr və strateji sənədlər qlobalsiyasətin formalaşdırılmasına təsir göstərir.

Buradan da görünür ki, Bakı Qlobal Forumları beynəlxalqsiyasətdə strateji əhəmiyyətə malik tədbirlərdən biri kimiformalaşıb. Burada aparılan müzakirələr təkcə Azərbaycanınmaraqları üçün deyil, həm də dünya siyasətinin inkişafı vəbeynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından mühüm əhəmiyyətkəsb edir. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən bu forumlarölkənin beynəlxalq arenada nüfuzunu artırır və qlobal siyasiproseslərdə aktiv rol oynadığını göstərir. Nizami GəncəviBeynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirlər,Azərbaycanın multikulturalizm və beynəlxalq dialoq mərkəzinəçevrilməsi prosesini daha da sürətləndirir.

MTM Analitik Qrup

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr