“Barselona” İniqo Martineslə müqavilə müddətini uzadıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müdafiəçinin yeni sözləşməsi 2026-cı ilə qədər nəzərdə tutulub.
Martines 2023-cü ildən “Barselona”da çıxış edir. O, Kataloniya klubunda 58 oyuna 3 qol vurub.