AZ

Ruslan Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.

"Football-plus.az" xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər bəlli olub.

Millimizin iki güləşçisi medal uğrunda yarışıb. Ruslan Nurullayev uğurlu çıxış edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Yunan-Roma güləşi
72 kq

Ruslan Nurullayev həlledici görüşdə Danil Griqoriyevlə (UWW) üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada təmilçimiz 3:2 hesabı ilə qalib gələrək, Avropa çempionu tituluna yiyələnib.

82 kq
Elmin Əliyev bürünc uğrunda Yonni Sarkkinnenlə qüvvəsini sınayıb. 1:4 hesabı ilə uduzan güləşçimiz yarışı medalsız başa vurub.

Qeyd edək ki, çempionatın ilk günündə yunan-Roma güləşçilərindən Ziya Babaşov (63 kq) gümüş, Elmir Əliyevlə (55 kq) Xasay Həsənli (77 kq) bürünc qazanıb.

Seçilən
15
2
football-plus.az

3Mənbələr