AZ

Bakıda avtobus zolağı parklanma yerinə çevrilib – VİDEO

“Gənclik” metrosu yaxınlığında, Fətəlixan Xoyski küçəsi ilə Atatürk prospektinin kəsişməsində qanuni parklanma yeri mövcud olsa da, bəzi sürücülər dayanma-durma qaydasını pozaraq avtobuslara təhlükəli vəziyyət yaradır. Nəticədə avtobuslar dayanacağa daxil olmaq üçün qayda pozuntusu etmək məcburiyyətində qalırlar.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, mövcud vəziyyət avtobus sürücülərini bezdirib.

Çəkiliş apardığımızı görən bəzi sürücülər öz avtomobilini ərazidən uzaqlaşdırdı. Bəzi sürücülər isə parklanma yeri tapmadıqlarından şikayətləndi.

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, ərazi nəzarət altındadır.

Qeyd edək ki, ərazidə qanunsuz parklanmanın ödənişli olduğu iddia edilsə də, bu faktı mikrafonumuza təsdiqləyən olmadı.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

 

 

Seçilən
2
5
nocomment.az

9Mənbələr