Albaniyanın paytaxtı Tiranada keçirilən 23 yaşadək güləşçilər arasında Avropa çempionatı başa çatıb.
Publika.az xəbər verir ki, yarışın son günündə yunan-Roma güləşi üzrə qaliblər bəlli olub.
Ruslan Nurullayev (72 kq) finalda rusiyalı Danil Griqoriyevə 3:2 hesabı ilə qalib gələrək, Avropa çempionu adını qazanıb.
Elmin Əliyev (82 kq) isə bürünc medal uğrunda görüşdə finlandiyalı Yonni Sarkkinnenə 1:4 hesabı ilə uduzaraq, yarışı medalsız başa vurub.