Bakı. Trend:
Bərdə rayonunda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Alaçadırlıkəndində ümumi sahəsi 150 m² olan ikimərtəbəli 4 otaqlı evinbirinci mərtəbəsində bir otağın tavanı 15 m² sahədə və pəncərəçərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.