AZ

Qazaxıstan Prezidenti: Bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir

Astana, 15 mart, AZƏRTAC

“Onilliklər ərzində dinamik iqtisadi artmın möhkəm bazasını təmin edə biləcək yeni enerji sənayesi yaratmaq lazımdır”.

AZƏRTAC “Akorda”nın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Burabayda Milli Qurultayın iclasında söyləyib. “Məhz bu səbəbdən bir deyil, üç atom elektrik stansiyası inşa edilməlidir. Nəticədə tam funksional nüvə klasteri formalaşdırılmalıdır”, - deyə o bildirib.

2024-cü il oktyabrın 6-da Qazaxıstanda keçirilmiş respublika referendumunda əhalinin əksəriyyəti AES-in tikintisini dəstəkləmişdi.

Qeyd edək ki, Qazaxıstan ilk AES-in tikintisi üçün namizədlər müəyyən edib. Siyahıya müxtəlif ölkələrdən dörd şirkət daxil edilib: Çinin CNNC, Cənubi Koreyanın KHNP, Rusiyanın “Rosatom” və Fransanın EDF şirkəti.

 
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
31
1
azertag.az

3Mənbələr