1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
ABŞ-nin dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasının (CAR) səfiri İbrahim Rəsulu "arzuolunmaz şəxs" (persona non-grata) elan edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Biz CAR-ın ölkəmizdəki səfirinə artıq daha çox hörmət etməyəcəyik. İbrahim Rəsul ABŞ-yə və onun prezidentinə nifrət edən irqçi siyasətçidir. Onunla müzakirə edəcəyimiz heç nə yoxdur, buna görə də o, "persona non-grata" elan edilir", - deyə Rubio bildirib.
South Africa's Ambassador to the United States is no longer welcome in our great country.
— Secretary Marco Rubio (@SecRubio) March 14, 2025
Ebrahim Rasool is a race-baiting politician who hates America and hates @POTUS.
We have nothing to discuss with him and so he is considered PERSONA NON GRATA.https://t.co/mnUnwGOQdx