AZ

Tramp Ukrayna münaqişəsinin 24 saat ərzində bitməsi ilə bağlı sözlərini sarkazm adlandırıb

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin 24 saat ərzində sülh yolu ilə həllinə nail olacağına dair bəyanatlarının qismən istehza xarakteri daşıdığını, lakin sülh sazişinin əldə olunması ilə bağlı məqsədinə nail olacağına əmin olduğunu deyib.

APA xəbər verir ki, Tramp bunu “Full Measure” proqramına verdiyi müsahibədə deyib.

“Mən bunu edəcəyəm deyəndə bir az istehzalı idim. Fakt budur ki, mən bir həllə nail ola bilərəm, düşünürəm ki, bu işdə uğur qazanacağam”, o deyib.

Qeyd edək ki, seçki kampaniyası zamanı Tramp dəfələrlə Ukraynadakı münaqişəni 24 saat ərzində həll etmək niyyətində olduğunu, bunu hətta andiçmədən əvvəl də edə biləcəyini demişdi.

Seçilən
9
3
azpolitika.info

4Mənbələr