Bakının Xəzər rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Binə qəsəbəsində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində sürücü, 2000-ci il təvəllüdlü Əliyev Rəvan Nizami oğlu və onun sərnişinləri - 2003-cü il təvəllüdlü Hüseynova Zeynəb Məhərrəm qızı və 2005-ci il təvəllüdlü Bəyəliyeva İlkanə İlkin qızı xəsarət alıblar.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.//Report
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta