AZ

Uşakov: "Putin Kurskda blokadada olan ukraynalıların həyatına zəmanət verib"

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.

Onun sözlərinə görə, əgər rəsmi Kiyev onlara silahı yerə qoyaraq təslim olmağı əmr edərsə, Moskva Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin həyatına və onlara layiqli rəftarına zəmanət verəcək.

Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kurska gedib
Yuri Uşakov onu da qeyd edib ki, Moskva ilə Donald Tramp administrasiyası arasında dialoq bərpa olunub və bu dialoq hazırda bir sıra kanallar vasitəsilə aparılır.

Bundan əvvəl Putin sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural Tağıyev
AzVision.az

Seçilən
9
azvision.az

1Mənbələr